UEFA Çempionlar Liqasında pley-offun ilk oyunları yekunlaşdı

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.

Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb.

İsrailin “Makkabi” (Hayfa) klubu Serbiya “Srvena Zvezda”sı ilə qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyunda meydan sahibləri çətin qələbəyə seviniblər.

Ukraynanın “Dinamo” (Kiyev) kollektivi isə Portuqaliya “Benfika”sı ilə görüşüb. Bu qarşılaşmada qonaqlar 2 cavabsız qolla qalib gəliblər.

UEFA Çempionlar Liqasında pley-offun cavab oyunları 23-24 avqustda keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunları
17 avqust

Qarabağ (Azərbaycan) – Viktoriya (Plzen, Çexiya) 0:0

Makkabi (Hayfa, İsrail) – Srvena Zvezda (Serbiya) 3:2
Qol: Pyerro, 18; 51. Çeri, 61 – Peşiç, 27. Kanqa, 40.

Dinamo (Kiyev, Ukrayna) – Benfika (Portuqaliya) 0:2
Qol: Jilberto, 9. Ramos, 37.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: