Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir. Arena.az xəbər verir ki, ilk oyun günündə qrup mərhələsinə son 6 vəsiqədən yarısı sahibini tapıb.
Azərbaycan çempionu “Qarabağ” Çexiyada “Viktoriya”nın (Plzen) müqavimətini qırmağa çalışaıb. Bakıdakı ilk görüş qolsuz bitmişdi. Üç qolun qeydə alındığı cavab görüşündə isə meydan sahibləri qələbəyə seviniblər. Beləcə, Ağdam klubu ÇL-də mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
Ukraynanın “Dinamo” (Kiyev) komandası Portuqaliyada “Benfika”nın qonağı olub. Lissabon təmsilçisi ilk matçda 2:0 hesabı ilə qalib gəlmişdi. “Benfika” cavab matçında da darmadağına imza atmaqla sürprizə imkan verməyib.
İsraildə “Makkabi” (Hayfa) komandasına 2:3 hesabı ilə uduzan “Srvena Zvezda” isə Serbiyada məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Amma dörd qolluq bu oyunda qalib müəyyənləşməyib. Nəticədə növbəti mərhələyə İsrail çempionu vəsiqə qazanıb.
UEFA Çempionlar Liqasında pley-offun qalan cavab qarşılaşmaları avqustun 24-də baş tutacaq.
UEFA Çempionlar Liqası
Pley-offun cavab oyunları
23 avqust
Viktoriya (Plzen, Çexiya) – Qarabağ (Azərbaycan) 2:1
İlk oyun – 0:0
Srvena Zvezda (Serbiya) – Makkabi (Hayfa, İsrail) 2:2
İlk oyun – 2:3
Benfika (Portuqaliya) – Dinamo (Kiyev, Ukrayna) 3:0
İlk oyun – 2:0


