Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, püşkatma mərasimi Türkiyənin İstanbul şəhərində keçirilib.
Püşkatmadan əvvəl 32 komanda UEFA reytinqindəki mövqelərinə uyğun olaraq 4 səbətə bölünmüşdü. Püşk nəticəsində bu komandalar hərəsində 4 komanda olan 8 qrup formalaşdırıblar.
Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su “Milan” (İtaliya), “Çelsi” (İngiltərə) və “Zalsburq”la (Avstriya) E qrupunda mübarizə aparacaq.
UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına sentyabrın 6-da start veriləcək.
A qrupu
Ayaks (Niderland)
Liverpul (İngiltərə)
Napoli (İtaliya)
Reyncers (Şotlandiya)
B qrupu
Portu (Portuqaliya)
Atletiko (Madrid, İspaniya)
Bayer (Almaniya)
Brügge (Belçika)
C qrupu
Bayern (Almaniya)
Barselona (İspaniya)
İnter (İtaliya)
Viktoriya (Plzen, Çexiya)
D qrupu
Ayntraxt (Almaniya)
Tottenhem (İngiltərə)
Sportinq (Portuqaliya)
Olimpik (Marsel, Fransa)
E qrupu
Milan (İtaliya)
Çelsi (İngiltərə)
Zalsburq (Avstriya)
Dinamo (Zaqreb, Xorvatiya)
F qrupu
Real (İspaniya)
Leypsiq (Almaniya)
Şaxtyor (Donetsk, Ukrayna)
Seltik (Şotlandiya)
G qrupu
Mançester Siti (İngiltərə)
Sevilya (İspaniya)
Borussiya (Dortmund, Almaniya)
Kopenhagen (Danimarka)
H qrupu
PSJ (Fransa)
Yuventus (İtaliya)
Benfika (Portuqaliya)
Makkabi (Hayfa, İsrail)


