Azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiyanın “Ximki” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Rusiya Premyer Liqasında 7-ci turu çərçivəsində baş tutan “Soçi” ilə qarşılaşmanın iştirakçısı olub.
“Ximki” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.
Ayaz Quliyev bu matça start heyətdə başlayıb və fasilədə əvəzlənib.
“Ximki” 7 turdan sonra 7 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.


