İspaniyanın “Barselona” klubu yarımmüdafiəçisi Qavi ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
18 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2026-cı ilin yayına qədərdir. La Liqa nəhəngi futbolçusuna yeni qiymət də qoyub. Belə ki, Qavini 2026-cı ildən tez heyətində görmək istəyən bir klub, “Barselona”ya 1 milyard avro təzminat ödəməlidir.
“Barselona”nın öz yetirməsi olan Qavi, 2021/22 mövsümünün əvvəlindən bu klubun əsas komandasında oynamağa başlayıb. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən ispan oyunçu, bu komandada 54 oyuna 2 qol vurub, 6 məhsuldar ötürmə edib.
Gənc futbolçu ötən ilin oktyabrında debüt matçına çıxdığı İspaniyanın əsas milli komandasında da 10 oyun keçirib, 1 qol vurub.


