Qovulması gündəmdə olan Stiv Kuper “Nottingem Forest”də qaldı

İngiltərənin “Nottingem Forest” klubu baş məşqçi Stiv Kuper ilə müqaviləni yeniləyib. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

42 yaşlı mütəxəssislə müqavilə 2025-cin yayına kimi nəzərdə tutulub. Halbuki, Uelsdən olan məşqçinin istefası gündəmdə idi. Məsələ burasındadır ki, onun rəhbərliyi altında komanda bu mövsüm heç də uğurlu çıxış etmir.

Stiv Kuper 2021-ci ilin sentyabr ayından “qırmızı-qaralar”ın “sükanı arxasında” çalışır. O vaxtdan bəri bu komandanı 54 matça çıxarmış mütəxəssis, 29 qələbəyə sevinib. Qalan oyunlardan 11-i heç-heçə, 14-ü isə məğlubiyyətlə bitib.

“Nottingem Forest” məhz Kuperin rəhbərliyi altında 1998-ci ildən bəri ilk dəfə İngiltərə Premyer Liqasında iştirak hüququ qazanıb. Sözügedən komanda bu mövsüm Premyer Liqada 8 turdan sonra cəmi 4 xal toplaya bilib və turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb. Elitaya çıxdıqdan sonra transferlərə də 100 milyon avrodan çox vəsait xərcləmiş “Nottingem Forest”in Kuperlə autsayderlər qrupundan xilas olub-olmayacağı maraq doğurur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: