Azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiyanın “Ximki” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Rusiya Premyer Liqasının 13-cü turu çərçivəsində baş tutan “Fakel” (Voroneş) ilə qarşılaşmanın iştirakçısı olub.
“Ximki” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Ayaz Quliyev start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib. O, 9-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Ximki”nin digər azərbaycanlı futbolçusu İlya Sadıqov da “Fakel”lə görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 55-ci dəqiqədə əvəzlənib.
“Ximki” 13 turdan sonra 9 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.


