Liqa 1: PSJ Marsel “Olimpik”ini tək qolla yendi

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 11-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha yeddi qarşılaşma baş tutub.

“Oser” – “Nitsa”, “Trua” – “Ayaçço” və “Monako” – “Klermon” matçında qalib müəyyənləşməyib.

“Tuluza” “Anje”ni, “Nant” “Brest”i, “Renn” isə Lion “Olimpik”ini məğlub yola salıb.

Turun mərkəzi matçında isə lider PSJ Marsel “Olimpik”i ilə üz-üzə gəlib. Paris təmsilçisi doğma meydanda minimal hesabla qalib gəlib.

11 turdan sonra PSJ 29 xalla vahid liderdir. 26 xala malik “Loryan” ikinci, 24 xalı olan “Lans” isə üçüncüdür. Marsel “Olimpik”i 23 xalla dördüncü, “Monako” 21 xalla altıncı, Lion “Olimpik”i isə 14 xalla onuncudur.

Fransa, Liqa 1
11-ci tur
14 oktyabr

Strasburq – Lill 0:3
Qol: David, 41-pen; 76. Kabelya, 80.

15 oktyabr

Loryan – Reyms 0:0

Lans – Monpelye 1:0
Qol: Said, 68.

16 oktyabr

Tuluza – Anje 3:2
Qol: Deyager, 10. Van den Bomen, 40. Spirinqs, 67 – Bentaleb, 33. Salama, 90+2.

Oser – Nitsa 1:1
Qol: Da Kosta, 42 – Delor, 20.

Nant – Brest 4:1
Qol: Simon, 35-pen. Qanaqo, 36. M.Məhəmməd, 71. Sissoko, 88 – Fadiqa, 18.

Renn – Olimpik (Lion) 3:2
Qol: Terrye, 38; 77. Quiri, 47 – Lakazette, 23; 72.

Trua – Ayaçço 1:1
Qol: Porozo, 76 – El İdrissi, 88.

Monako – Klermon 1:1
Qol: Embolo, 31 – Anriç, 53.

PSJ – Olimpik (Marsel) 1:0
Qol: Neymar, 45+1.

Xəbəri paylaş: