“Milan”dan Stefano Pioli ilə yeni müqavilə

İtaliyanın “Milan” klubunda əsas komandanın baş məşqçisi Stefano Pioli ilə yeni müqavilə imzalanıb. Arena.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.

57 yaşlı mütəxəssislə sözləşmənin müddəti 2025-ci ilin yayınadək artırılıb. İtaliyalı məşqçi ilə əvvəlki müqavilənin müddəti 2023-cü ilin 30 iyununda başa çatmalı idi.

Xatırladaq ki, Stefano Pioli 2019-cu ilin oktyabr ayından “Milan”a rəhbərlik edir. Sözügedən komanda ötən mövsüm onun rəhbərliyi altında A Seriyasının qalibi olub. Cari mövsümdə isə bu komanda 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

“Milan” Piolinin rəhbərliyi altında bütövlükdə 153 oyuna çıxıb. Komanda bu oyunlarda 87 oyuna çıxıb, 37 heç-heçə edib, 29 dəfə məğlub olub. Təcrübəli mütəxəssis əvvəllər “Salernitana”, “Modena”, “Parma”, “Qrosseto”, “Pyaçentsa”, “Sassuolo”, “Kyevo”, “Palermo”, “Bolonya”, “Latsio”, “İnter” və “Fiorentina”ya da rəhbərlik edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: