Futbol üzrə Fransa çempionatında (Liqa 1) 14-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun günündə keçirilib.
“Klermon” – “Monpelye” və “Lill” – “Renn” matçlarında qalib müəyyənləşməyib. “Nitsa” “Brest”i, “Reyms” isə “Nant”ı minimal hesabla üstələyib. “Monako” da səfərdə “Tuluza” üzərində inamlı qələbəyə sevinib.
Səfərdə “Loryan”la qarşılaşan lider PSJ bu turu da qələbə ilə başa vurub. Lion və Marsel “Olimpik”lərinin duelində isə meydan sahibləri tək qolla 3 xal qazanıblar.
Beləliklə, 14 turdan sonra 38 xala malik PSJ vahid liderdir. “Lans” 33 xalla ikinci, “Renn” 28 xalla üçüncüdür. Marsel “Olimpik”i, “Monako” və “Loryan”ın isə 27 xalı var. “Lill” (23 xal) və Lion “Olimpik”i (20 xal) hazırda müvafiq olaraq, 7 və 8-ci pillələrdədirlər.
Fransa, Liqa 1
14-cü tur
4 noyabr
Trua – Oser 1:1
Qol: R.Lopes, 28 – Perrin, 86.
5 noyabr
Ayaçço – Strasburq 4:2
Qol: Belaili, 33-pen; 40-pen. El İdrissi, 34. Nuri, 45+2 – Belleqard, 6. Qameyro, 17.
Anje – Lans 1:2
Qol: Blajiç, 87 – Said, 21. Medina, 51.
6 noyabr
Loryan – PSJ 1:2
Qol: Moffi, 53 – Neymar, 9. D.Pereyra, 81.
Klermon – Monpelye 1:1
Qol: Andriç, 62 – Savanye, 10-pen.
Nitsa – Brest 1:0
Qol: Laborde, 54.
Reyms – Nant 1:0
Qol: Baloqun, 83-pen.
Tuluza – Monako 0:2
Qol: Qolovin, 46. Embolo, 60.
Lill – Renn 1:1
Qol: Fonte, 16 – Buriqe, 58.
Olimpik (Marsel) – Olimpik (Lion) 1:0
Qol: Jiqo, 43.


