Formula 1: Braziliyada Corc Rasseldən tarixi qələbə

Formula 1 üzrə dünya çempionatında 2022-ci il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün 21-ci qran-prisi baş tutub.

San-Paulo şəhərində təşkil olunmuş Braziliya qran-prisi “Mersedes”in pilotu Corc Rasselin qələbəsiylə yekunlaşıb. Böyük Britaniyadan olan sürücü 71 dövrəlik yarışda 1:38:34.044 göstərici ilə birinci olub. Bu, onun həm cari mövsümdə, həm də karyerasında ilk belə zəfəridir. Rassel həm də “Mersedes”ə bu mövsüm ilk qələbə sevincini yaşadıb.

“Mersedes”in digər pilotu Luis Hamilton ikinci olub. “Ferrari”dən Karlos Sayns isə üçüncü yerlə kifayətlənib.

21 turdan sonra lider və çempionluğu təmin etmiş Maks Ferstappen (“Red Bull”) xallarının sayını 429-a çatdırıb. “Red Bull”un digər pilotu Serxio Pereslə “Ferrari”dən Şarl Leklerin isə 290 xalı var.

Konstruktorların mübarizəsində də “Red Bull” 710 xalla zirvədə qərarlaşıb. “Ferrari” hazırda 524 xalla ikincidir. İlk üçlüyü 505 xalı olan “Mersedes” qapayır.

Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün sonuncu qran-prisi Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək. Sözügedən yarış noyabrın 20-də bu ölkənin Əbu-Dabi şəhərində baş tutacaq.

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 429
  2. Şarl Lekler (Ferrari) – 290
  3. Serxio Peres (Red Bull) – 290
  4. Corc Rassell (Mersedes) – 265
  5. Luis Hamilton (Mersedes) – 240
  6. Karlos Sayns (Ferrari) – 234
  7. Lando Norris (Maklaren) – 113
  8. Esteban Okon (Alpine-Reno) – 86
  9. Fernando Alonso (Alpine-Reno) – 81
  10. Valtteri Bottas (Alfa Romeo) – 49
  11. Sebastyan Fettel (Aston Martin) – 36
  12. Daniel Rikkardo (Maklaren) – 35
  13. Kevin Maqnussen (Haas) – 25
  14. Pyer Qasli (Alfa Tauri) – 23
  15. Lens Stroll (Aston Martin) – 14
  16. Mik Şumaxer (Haas) – 12
  17. Yuki Tsunoda (Alfa Tauri) – 12
  18. Jou Quanyu (Alfa Romeo) – 6
  19. Aleksander Albon (Uilyams) – 4
  20. Nikolas Latifi (Uilyams) – 2
  21. Nik de Vris (Uilyams) – 2
  22. Niko Halkenberq (Uilyams) – 0

Konstruktorların xal sıralaması:

  1. Red Bull – 719
  2. Ferrari – 524
  3. Mersedes – 505
  4. Alpine-Reno – 167
  5. Maklaren – 148
  6. Alfa Romeo – 55
  7. Aston Martin – 50
  8. Haas – 37
  9. Alfa Tauri – 35
  10. Uilyams – 8
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: