Fransanın “Olimpik” (Lion) klubunun yarımmüdafiəçisi Floran Sançes Da Silva Liqa 1 təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, 19 yaşlı fransız futbolçu Niderlandın “Volendam” klubuna icarəyə verilib.
Bu barədə Niderland təmsilçisinin rəsmi saytı məlumat yayıb. İcarə müddəti 2023-cü ilin 30 iyununa qədərdir.
Floran Da Silva Lion “Olimpik”inin öz yetirməsidir. Gənc yarımmüdafiəçi bu klubun əsas komandasında cəmi 1 oyun keçirib. O, daha öncə “Villfranş”da da icarədə oynayıb.


