Liqa 1: Marsel “Olimpik”indən “Monpelye” üzərində qələbə

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 17-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Lill” – “Reyms” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Renn” doğma meydanda “Nitsa”nı çətinliklə də olsa, məğlub etməyi bacarıb. Beş qolun qeydə alındığı “Strasburq” – “Trua” matçında qonaqlar qalib gəliblər. Marsel “Olimpik”i də “Monpelye” ilə səfər oyununda 3 xala sevinən tərəf olub.

Beləliklə, 17 turdan sonra 44 xala malik PSJ vahid liderdir. İkinci pillədəki “Lans”ın 40, Marsel “Olimpik”inin 36 xalı var. “Renn” 34, “Monako” 33, “Loryan” 31, “Lill” 30, Lion “Olimpik”i 24 xal toplaya bilib.

Fransa, Liqa 1
17-ci tur
1 yanvar

Anje – Loryan 1:2
Qol: Sima, 10 – Sima, 79-öz qapısına. Le Fi, 88.

Monako – Brest 1:0
Qol: Qolovin, 54.

Nant – Oser 1:0
Qol: Koko, 74.

Tuluza – Ayaçço 2:0
Qol: Ratao, 46. Dejaqer, 62.

Olimpik (Lion) – Klermon 0:1
Qol: Çam, 87.

Lans – PSJ 3:1
Qol: Frankovski, 5. Openda, 28. Klod-Maurisie, 48 – Ekitike, 8.

2 yanvar

Strasburq – Trua 2:3
Qol: Diallo, 41. Dukure, 54 – Ripar, 15. R.Lopes, 20. Şavalerin, 78.

Lill – Reyms 1:1
Qol: David, 32 – Kayuste, 79.

Monpelye – Olimpik (Marsel) 1:2
Qol: Savanye, 90+1 – N.Tavares, 47. Esteve, 61-öz qapısına.

Renn – Nitsa 2:1
Qol: Terrye, 5. Buriqe, 89 – Barkli, 21.

Xəbəri paylaş:
Bizi izləyin: