Marko Veşoviç 2025-ci ilə qədər “Qarabağ”da qalacaq

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” müdafiəçisi Marko Veşoviç ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, 31 yaşlı futbolçunun yeni sözləşməsi 2025-ci il iyunun 30-dək nəzərdə tutulub.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2023-cü ilin 30 iyununa qədər idi.

Xatırladaq ki, Marko Veşoviç 2021-ci ildən “Qarabağ”da çıxış edir. Monteneqrodan olan futbolçu Ağdam təmsilçisinin heyətində 59 oyuna çıxıb. O, bu oyunlarda 5 qola imza atııb və 7 məhsuldar ötürmə müəllifi olub.

Veşoviç peşəkar karyerasına “Buduçnost” klubunda başlayıb. O, karyerası ərzində ölkəsinin “Mladost”, Serbiyada “Srvena Zvezda”, İtaliyada “Torino”, “Spetsiya”, Xorvatiyada “Riyeka”, Polşada “Legiya” klublarının da formasını geyinib. Müdafiəçi Monteneqro millisində 44 oyunda 2 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: