Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 15-ci tur çərçivəsində əzəli rəqibi “İstiqlal”la qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı komanda bu rəqiblə doğma meydanda qarşılaşıb. “Traktorçular” bu oyundan inamlı qələbə ilə ayrılıblar – 2:0.
15 turdan sonra 22 xala malik “Traktor” 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını yanvarın 19-da doğma meydanda “Gol Gohar” komandasına qarşı keçirəcək.


