Liqa 1: Marsel “Olimpik”i qalib gəldi, Lion “Olimpik”i uduzdu

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 19-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Turun açılış matçında “Lans” “Oser”i tək qolla məğlub edib. Marsel “Olimpik”i də “Loryan”la ev oyununda inamlı qələbəyə sevinib. Lion “Olimpik”i isə “Strasburq”la ev oyunundan məğlubiyyətlə ayrılıb.

Turun qalan qarşılaşmaları yanvarın 15-də keçiriləcək.

Fransa, Liqa 1
19-cu tur
14 yanvar

Lans – Oser 1:0
Qol: Frankovski, 59-pen.

Olimpik (Marsel) – Loryan 3:1
Qol: Kolaşinaç, 38. A.Sançes, 53. Veretu, 59 – Moffi, 29.

Olimpik (Lion) – Strasburq 1:2
Qol: Lakazett, 45+1-pen – Aholu, 29. Diallo, 32.

15 yanvar

16:00. Lill – Trua
18:00. Anje – Klermon
18:00. Monpelye – Nant
18:00. Reyms – Nitsa
18:00. Tuluza – Brest
20:05. Monako – Ayaçço
23:45. Renn – PSJ

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: