İspaniya Kubokunda 1/4 finalın püşkü atıldı – Madrid derbisi olacaq

Futbol üzrə İspaniya Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, bu mərhələdə Madrid derbisi baş tutacaq.

Belə ki, bu raundun püşkatma mərasimində “Real” və “Atletiko” komandaları bir-birinə rəqib olub.

Digər iddialı komanda “Barselona” “Real Sosyedad”la münasibətlərinə aydınlıq gətirəcək. “Real” və “Barselona” oyunlarını öz meydanlarında keçirəcəklər.

Bundan başqa, “Sevilya” “Osasuna”ya, “Atletik” də “Valensiya”ya rəqib olub. Bu oyunlarda isə “Osasuna” ilə “Valensiya” ev sahibi olacaq.

Xatırladaq ki, İspaniya Kubokunda 1/4 final mərhələsinin qalibləri bir oyunda müəyyənləşəcək. Bu mərhələnin matçları 24-26 yanvar tarixlərində keçiriləcək.

İspaniya kuboku
1/4 final

Osasuna – Sevilya
Barselona – Real Sosyedad
Valensiya – Atletik
Real – Atletiko (Madrid)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: