Liqa 1: PSJ “Monpelye”yə səfərdə qalib gəldi

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 21-ci turun oyunarı keçirilib. Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

“Lill” – “Klermon” və “Olimpik” (Lion) – “Brest” matçlarında hesab açılmayıb.

“Anje” evdə “Ayaçço”ya, “Lans” “Nitsa”ya, “Nant” isə Marsel “Olimpik”inə uduzub.

“Reyms” “Loryan”ı, “Tuluza” “Trua”nı, “Monako” “Oser”i, “Renn” “Strasburq”u məğlub yola salıb. Son çempion və lider PSJ isə səfərdə “Monpelye” üzərində inamlı qələbəyə sevinib.

21 turdan sonra 51 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 46 xalla ikinci, “Lans” 45 xalla üçüncü pillədə qərarlaşıb. “Monako”nun 41, “Renn”in 40, “Lill” və “Loryan”ın 35, “Nitsa”nın 31 xalı var. Lion “Olimpik”i isə 29 xal toplaya bilib.

Fransa, Liqa 1
21-ci tur
1 fevral

Anje – Ayaçço 1:2
Qol: Sima, 13 – Sumano, 65. Əl-İdrissi, 90+3.

Lill – Klermon 0:0

Nant – Olimpik (Marsel) 0:2
Qol: J.Viktor, 57-öz qapısına. Unai , 90+2.

Reyms – Loryan 4:2
Qol: Baloqun, 44-pen; 61; 64. Dumbiya, 51 – Le Fi, 10. Kone, 36.

Tuluza – Trua 4:1
Qol: Dallinqa, 16. Çaibi, 36. Van den Bomen, 55. Onaivu, 88 – Balde, 12-pen.

Lans – Nitsa 0:1
Qol: Laborde, 57.

Olimpik (Lion) – Brest 0:0

Monako – Oser 3:2
Qol: Ben Yedder, 11. Ben Seqir, 30. Embolo, 82 – Abline, 68. Da Kosta, 84.

Monpelye – PSJ 1:3
Qol: Nordin, 89 – Ruis, 55. Messi, 72. Zaire-Emeri, 90+1.

Renn – Strasburq 3:0
Qol: Quiri, 3; 21. Due, 51.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: