Liqa 1: “Nitsa” “Ayaçço”nu 3 cavabsız qolla məğlub etdi

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 23-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Nitsa” doğma meydanda “Ayaçço” ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu oyunda 3 xalı 3 cavabsız qolla qazanıblar.

Bu qələbədən sonra “Nitsa” 37 xalla 7-ci pilləyə yüksəlib. “Ayaçço” isə 18 xalla 18-ci pillədə qalıb.

Fransa, Liqa 1
23-cü tur
10 fevral

Nitsa – Ayaçço 3:0
Qol: Dante, 3. Brahimi, 69; 90.

11 fevral

20:00. Monako – PSJ
00:00. Klermon – Olimpik (Marsel)

12 fevral

16:00. Tuluza – Renn
18:00. Anje – Oser
18:00. Lill – Strasburq
18:00. Monpelye – Brest
18:00. Reyms – Trua
20:05. Nant – Loryan
23:45. Olimpik (Lion) – Lans

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: