Fransa kubokunda 1/4 final mərhələsinin püşkü atıldı

Futbol üzrə Fransa kubokunda 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. Arena.az xəbər verir ki, yarımfinala vəsiqə aparmaq hüququ qazanan 8 komanda bu mərhələdəki rəqiblərini tanıyıb.

Püşkün nəticəsinə əsasən Marsel “Olimpik”i “Ansi”yə, Lion “Olimpik”i isə “Qrenobl”a rəqib olub. “Tuluza” 1/4 finalda “Rodez”lə, “Nant” da “Lans”la qarşılaşacaq.

Xatırladaq ki, Fransa kubokunda 1/4 final mərhələsinin qalibləri bir oyuna əsasən müəyyənləşəcək. Qarşılaşmaların 1 martda keçirilməsi nəzərdə tutulub.

Fransa kuboku
1/4 final
1 mart

Olimpik (Marsel) – Ansi
Olimpik (Lion) – Qrenobl
Tuluza – Rodez
Nant – Lans

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: