Mikael Malsa “Valyadolid”i “Kasımpaşa”ya dəyişdi

İspaniyanın “Valyadolid” klubunun yarımmüdafiəçisi Mikael Malsa bundan sonra karyerasını Türkiyə Super Liqasında davam etdirəcək. Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu “Kasımpaşa”ya transfer olunub.

Türkiyə klubu Martinika yığmasının da üzvü olan futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalma ilə bağlı şərt nəzərdə tutulmayıb. Yarımmüdafiəçinin “Valyadolid”lə müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununa qədərdir.

Mikael Malsa Fransanın “Soşo” klubunun yetirməsidir. O, Belçikanın “Antverpen”, Fransanın “Avranş”, Niderlandın “Fortuna Sittard”, Yunanıstanın “Platanias”, İspaniyanın “Albasete”, “Mirandes” və “Levante” klublarının da formasını geyinib. Yarımmüdafiəçi 2022-ci ilin avqust ayında 500 min avro qarşılığında keçdiyi “Valyadolid”də cəmi 6 matça çıxıb. O, Martinika yığmasında da 4 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: