“Böyük Dəbilqə”: Millimiz Daşkənddən bir medalla qayıdır

Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil olunmuş cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir. Arena.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan milli komandasının daha iki idmançısı mübarizəyə qoşulub.

73 kq-da yarışan Nəriman Mirzəyev startda özbəkistanlı Şahram Axadovla görüşüb. Rəqibinə məğlub olan idmançımız mübarizəni erkən dayandırıb.

Eyni çəki dərəcəsindəki digər təmsilçimiz Rəşid Məmmədəliyev də startda Behruzi Xocazoda (Tacikistan) ilə dueldən məğlub ayrılaraq yarışla vidalaşıb.

Xatırladaq ki, Azərbaycan yığması “Böyük Dəbilqə”yə bütövlükdə 6 cüdoçu ilə yollanmışdı. İlk yarış günündə tatamiyə çıxan dörd cüdoçumuzdan yalnız Əhməd Yusifov fərqlənə bilib. 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz bürünc medalla kifayətlənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: