Cüdo yığmamız Açıq Avropa turnirinə 11 cüdoçu ilə qatılır

11-12 martda İtaliyanın paytaxtı Roma şəhərində cüdo üzrə Açıq Avropa turniri keçiriləcək. Arena.az xəbər verir ki, 36 ölkədən 401 idmançının iştirak edəcəyi yarışda Azərbaycan 11 cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan cüdoçularına böyüklərdən ibarət yığma komandanın böyük məşqçiləri Mövlud Mirəliyev və Mehman Əzizov rəhbərlik edəcəklər.

Azərbaycanın cüdo üzrə milli komandalarının baş həkimi Ramil Vəliyev yarışda komissar həkim kimi fəaliyyət göstərəcək.

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin iki üzvü də bu turnirin iştirakçısı olacaq. “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova və Olimpiya dərəcəli hakim Fariz Hüseynov turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq.

Azərbaycan yığmasını sözügedən turnirdə bu cüdoçular təmsil edəcəklər:

-60 kq
Rəşad Yelkiyev
Kənan İsmayılov

-66 kq
İsmayıl İbrahimov
Tofiq Əliyev

-73 kq
İbrahim Əliyev
Telman Vəliyev

-81 kq
Məhərrəm İmamverdiyev
Zaməddin Poladov

-100 kq
Adil Kərimli
Ruslan Nəsirli
Aslan Mirzəyev

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: