Futbol üzrə İran millisinin yeni baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, bu posta yerli məşqçi Əmir Qalanoyi təyin olunub.
Bu barədə İran Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 59 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. Amma İran mətbuatı tərəflərin 2024-cü ilə kimi anlaşdığını yazıb. İranlı məşqçi ən azı 2024-cü ildə keçiriləcək Asiya kubokuna qədər yığmaya rəhbərlik edəcəyi bildirilir.
Xatırladaq ki, Əmir Qalanoyi İran yığmasında Karlos Keyroşu əvəz edib. Hansı ki, o, Qətərdəki dünya çempionatından sonra postundan ayrılmışdı. İranlı mütəxəssisin son iş yeri “Gol Gohar” olub. O, ölkəsində “Keşavarz”, “Barq Tehran”, “İstiqlal”, “Mes Kerman”, “Sepahan”, “Traktor”, “Zob Ahan” kimi komandaları çalışdırıb. İranlı məşqçi daha öncə 2006-2008-ci illər aralığında da İran millisinin baş məşqçisi olub.


