Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) keçirilən 12-ci turun oyunları ilə əsas mərhələyə yekun vurulub. Arena.az xəbər verir ki, əsas mərhələnin sonuncu turunun oyunları da Voleybol Mərkəzində təşkil olunub.
Son turda “Abşeron” komandası “Murov”la, “Azərreyl” isə UNEC-lə üz-üzə gəlib. Günə “Abşeron” – “Murov” qarşılaşması ilə start verilib. Famil Ağayevin komandası 3:0 (25:23, 25:20, 25:19) hesabı ilə qələbə qazanıb.
Sonuncu qarşılaşma isə “Azərreyl” və UNEC komandaları arasında olub. Rəqibinə şans verməyən “Azərreyl” bu matçda 3:0 (25:14, 25:21, 25:10) hesabı ilə qalib gəlib.
Beləliklə, əsas mərhələnin son turundan sonra komandaların turnir cədvəlindəki mövqeyi belədir: 29 xalla “Azərreyl” birinci, 23 xalla “Abşeron” ikinci, 20 xalla “Murov” üçüncü, hesabında xal olmayan UNEC isə dördüncü olub.
Qeyd edək ki, dörd dövrənin nəticələrinə görə, yarımfinal mərhələsində turnir cədvəlində birinci olan “Azərreyl” dördüncü yerin sahibi UNEC-lə qarşılaşacaq. İkinci olan “Abşeron” isə üçüncü yeri tutan “Murov”la üz-üzə gələcək. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
Oyunların keçiriləcəyi tarix və məkan haqqında məlumat veriləcək.
Yüksək Liqa
12-ci tur
14 mart
“Abşeron” – “Murov” 3:0 (25:23, 25:20, 25:19)
“Azərreyl” – UNEC 3:0 (25:14, 25:21, 25:10)


