Formula 1: “Red Bull”un pilotları yenə bütün rəqibləri qabaqladılar

Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün ikinci qran-prisi baş tutub.

Ciddə şəhərində təşkil olunmuş Səudiyyə Ərəbistanı qran-prisi “Red Bull”un pilotu Serxio Peresin qələbəsiylə yekunlaşıb. Bəhreyndə baş tutan mövsümün ilk qran-prisində ikinci olmuş meksikalı 33 yaşlı pilot bu dəfə 50 dövrəlik yarışı 1:21:14.894 göstərici ilə ilk sırada bitirib.

“Red Bull”un digər pilotu, Bəhreyndə hamıdan sürətli olmuş son çempion Maks Ferstappen isə bu dəfə ikinci yerlə kifayətlənib. “Aston Martin”in təcrübəli pilotu Fernando Alonso isə mövsümün ilk qran-prisində olduğu kimi, bu dəfə də üçüncü yerlə kifayətlənib.

2 turdan sonra “Red Bull”un üzvləri Maks Ferstappen 44 xalla birinci, Serxio Peres isə 43 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 27 xala malik Fernando Alonso (“Aston Martin”) qapayır.

Konstruktorların mübarizəsində də “Red Bull” 87 xalla zirvədə qərarlaşıb. “Mersedes” 41 xalla ikincidir. İlk üçlüyü 35 xalı olan “Aston Martin” qapayır.

Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi Avstraliyada keçiriləcək. Sözügedən yarış aprelin 2-də bu ölkənin Melburn şəhərində baş tutacaq.

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 44
  2. Serxio Peres (Red Bull) – 43
  3. Fernando Alonso (Aston Martin) – 27
  4. Corc Rassell (Mersedes) – 21
  5. Karlos Sayns (Ferrari) – 20
  6. Luis Hamilton (Mersedes) – 20
  7. Lens Stroll (Aston Martin) – 8
  8. Şarl Lekler (Ferrari) – 6
  9. Valtteri Bottas (Alfa Romeo) – 4
  10. Esteban Okon (Alpine-Reno) – 4
  11. Pyer Qasli (Alpine-Reno) – 4
  12. Kevin Maqnussen (Haas) – 1
  13. Aleksander Albon (Uilyams) – 1
  14. Yuki Tsunoda (Alfa Tauri) – 0
  15. Niko Hulkenberq (Haas) – 0
  16. Loqan Sarcent (Uilyams) – 0
  17. Jou Quanyu (Alfa Romeo) – 0
  18. Nik De Vris (Alfa Tauri) – 0
  19. Oskar Piastri (Maklaren) – 0
  20. Lando Norris (Maklaren) – 0

Konstruktorların xal sıralaması:

  1. Red Bull – 87
  2. Mersedes – 41
  3. Aston Martin – 35
  4. Ferrari – 26
  5. Alpine-Reno – 8
  6. Alfa Romeo – 4
  7. Haas – 1
  8. Uilyams – 1
  9. Alfa Tauri – 0
  10. Maklaren – 0
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: