Yoxlama oyunu: Yaponiya və Uruqvay yığmaları “sülh” bağladı

Bu gün dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib. Arena.az xəbər verir ki, günün ən maraqlı görüşlərindən biri Yaponiya və Uruqvay yığmaları arasında baş tutub.

Tərəflər bu oyunda qalibi müəyyənləşdirə bilməyiblər. Cənubi Koreya və Kolumbiya yığmaları arasındakı 4 qolluq oyun da heç-heçə bitib.

Avstraliya yığması Ekvdora, Özbəkistan millisi Boliviyaya, Venesuela seçməsi isə Səudiyyə Ərəbistanına qalib gəlib.

Yoxlama oyunu
24 mart

Taiti – Yeni Kaledoniya 2:1
Avstraliya – Ekvdor 3:1
Yaponiya – Uruqvay 1:1
Cənubi Koreya – Kolumbiya 2:2
Özbəkistan – Boliviya 1:0
Küveyt – Filippin 2:0
Venesuela – Səudiyyə Ərəbistanı 2:1

Xəbəri sosial şəbəkələrdə paylaş: