Bu gün dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib. Arena.az xəbər verir ki, günün ən maraqlı görüşlərindən biri Rusiya və İraq yığmaları arasında baş tutub.
Ukraynaya hərbi müdaxilə səbəbindən bütün beynəlxalq yarışlardan kənarlaşdırılmış Rusiya yığması uzun fasilədən sonra qələbə sevinci yaşayıb. Bir neçə gün öncə İran yığmasıyla heç-heçəyə razılaşmış şimal qonşularımız İraqla oyunda inamlı qələbə qazanıblar.
Çin yığması isə Yeni Zelandiya ilə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyunda çinlilər məğlubiyyətə üzülüblər.
Yoxlama oyunu
26 mart
Yeni Zelandiya – Çin 2:1
Fici – Solomon adaları 0:2
Makau – Sinqapur 0:1
Rusiya – İraq 2:0


