Şəhriyar Məmmədyarov 50 min dollarlıq beynəlxalq turnirdə

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Özbəkistanda keçiriləcək rapid üzrə beynəlxalq turnirdə iştirak edəcək. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu gün Özbəkistanda rapid üzrə beynəlxalq turnirə start veriləcək. Yarışda Nodirbek Abdusattarov, Aleksandr Qrişuk, Rüstəm Kasımjanov kimi tanınmış şahmatçılar iştirak edəcəklər. Bu turnirdə Azərbaycanı yalnız Şəhriyar Məmmədyarov təmsil edəcək.

Özbəkistandakı yarışın baş hakimi Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov olacaq.

Üç gün davam edəcək turnirin mükafat fondu 50 min ABŞ dollarıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: