Basketbol üzrə Azərbaycan kuboku keçiriləcək – İlk dəfə!

Azərbaycan Basketbol Federasiyası ilk dəfə olaraq qadınlar arasında Azərbaycan kuboku təşkil edəcək. Arena.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, ilk ölkə kubokunda dörd komanda mübarizə aparacaq: BBA, “Alov”, PH və AZE U-16. Azərbaycan Kubokunda oyunlar dairəvi sistemdə keçiriləcək. Turnir cədvəlində ilk iki yeri tutmuş komandalar finala vəsiqə qazanacaqlar.

Azərbaycan kubokuna aprelin 3-də start veriləcək. Final qarşılaşması isə aprelin 10-da keçiriləcək.

Basketbol üzrə Azərbaycan kubokunun bütün oyunları Texniki Universitetin idman zalında keçiriləcək. Oyunlar federasiyanın “Youtube” portalındakı rəsmi hesabından canlı olaraq basketbolsevərlərə təqdim olunacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: