Azərbaycan millisi Avropa çempionatına Polşada hazırlaşır

Qadın güləşi üzrə Azərbaycan millisi qarşıdakı Avropa çempionatına hazırlıq məqsədi ilə Polşaya yollanıb. Arena.az xəbər verir ki, yığmamız martın 28-dən Spala Olimpiya Təlim-Məşq bazasında məskunlaşıb.

Güləşçilərimiz burada Polşa, Bolqarıstan, Fransa və Rumıniya komandalarıyla birgə təlim-məşq toplanışı keçirlər. Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında baş tutan hazırlıq prosesində Azərbaycan millisi yeddi güləşçi ilə təmsil olunur.

Toplanışda bu güləşçilərimiz iştirak edirlər: Mariya Stadnik (50 kq), İlona Didyak (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq) və Birgül Soltanova (65 kq).

Xatırladaq ki, taktiki-texniki çalışmalara üstünlük verilən toplanış aprelin 8-dək davam edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: