Həm kişilər, həm də qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin növbəti oyunlarının vaxtı dəqiqləşib. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, qadınların Yüksək Liqasında ikinci qarşılaşmalar aprelin 5-də keçiriləcək. Bir gün sonra isə kişi voleybolçuların Yüksək Liqasında ikinci görüşlər baş tutacaq.
Yüksək Liqa (qadınlar)
Yarımfinalın 2-ci oyunları
5 aprel
16:00. “Murov” – “Abşeron”
18:00. UNEC – “Azərreyl”
Yüksək Liqa (kişilər)
Yarımfinalın 2-ci oyunları
6 aprel
16:00. “Neftçi” – “Xarı bülbül”
18:00. MOİK – “Murov”
Xatırladaq ki, ötən həftə keçirilmiş yarımfinalın 1-ci oyunlarında aşağıdakı nəticələr qeydə alınmışdı:
Yüksək Liqa (qadınlar)
“Abşeron” – “Murov” 1:3 (27:29, 25:18, 19:25, 18:25)
“Azərreyl” – UNEC 3:0 (25:07, 25:14, 25:17)
Yüksək Liqa (kişilər)
“Murov” – MOİK 3:0 (25:20, 25:18, 25:14)
“Xarı bülbül” – “Neftçi” 3:1 (25:22, 25:17, 21:25, 25:19)
Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq. Oyunlar Azərbaycan Voleybol Mərkəzində keçiriləcək. Azarekşlər üçün mərkəzə giriş sərbəstdir.


