Cüdo Azərbaycan millisi 8-9 apreldə Çexiyanın Teplitse şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa kubokunda mübarizə aparacaq. Arena.az xəbər verir ki, turnirdə bütövlükdə 39 ölkədən 948 idmançı iştirak edəcək.
Azərbaycan millisi yarışda 14 çəki dərəsində 20 oğlan və 8 qız cüdoçu ilə təmsil olunacaq. Cüdoçularımıza yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərlik edəcəklər. Yeniyetmə qızlardan ibarət yığmaya isə baş məşqçi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edəcəklər.
Komandamız Avropa kubokundan dərhal sonra Azərbaycana qayıtmayacaq. Belə ki, idmançılarımız 10-11 apreldə Teplitsedə təşkil olunacaq təlim-məşq toplanışına da qatılacaqlar.
Xatırladaq ki, yarışda Azərbaycan Cüdo Federasiyasının B kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
Qızlar
-40 kq
Xədicə Abdullayeva
-44 kq
Məryəm Bayramzadə
-48 kq
Vüsalə Hacıyeva
Fəridə Mirzəyeva
-52 kq
Xədicə Qədəşova
Aytən Verdiyeva
-57 kq
Fidan Qasımova
-63 kq
Kamilla Toholiyeva
Oğlanlar
-50 kq
Rəsul Əliyev
-55 kq
Mirxaliq İskəndərov
Fərid Qarayev
Həsən Həsənli
Ayxan Mirzəzadə
-60 kq
Xanəhməd Şərifov
Məhəmməd Musayev
-66 kq
Murad Allahverdiyev
Mehdi Cəfərov
Səid Şərifov
Emil Hüseynzadə
Əbil Yusubov
-73 kq
Süleyman Şükürov
Mehdi Abbasov
Allahverdi Səmədov
-81 kq
Aslan Kotsoyev
Əli Qazıməmmədov
Hüseyn Eyvazlı
-90 kq
Tuncay Şamil
+90 kq
Ramazan Əhmədov


