Azərbaycan cüdoçuları üçün Antalyada beynəlxalq toplanış

Azərbaycan cüdoçuları aprelin 3-dən etibarən Türkiyənin Antalya şəhərində təşkil olunmuş beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər. Arena.az xəbər verir ki, təlim-məşq toplanışı ayın 8-nə qədər davam edəcək.

Hazırlıq prosesində İsrail, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Polşa, İtaliya və digər ölkələrdən 200-dən çox cüdoçu iştirak edir.

Təlim-məşq toplanışına Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli komandasının 23 üzvü və gənclərdən ibarət yığmanın 14 üzvü qatılıb.

Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman rəhbərlik edirlər. Onlara böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılov, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli da kömək edir.

Təlim-məşq toplanışı 7-13 may aralığında Qətərin paytaxtı Dohada baş tutacaq böyüklər arasında dünya çempionatına hazırlıq xarakteri daşıyır. Komandamızı həmçinin sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatları da gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: