Taekvondo yığmamız üçün Avropa Oyunlarına lisenziya şansı

Aprelin 8-də Rumıniyanın paytaxtı Buxarestdə 3-cü Avropa Oyunlarının taekvondo yarışına lisenziya xarakterli təsnifat turniri start götürəcək. Arena.az xəbər verir ki, iki gün davam edəcək mübarizədə Azərbaycan millisinin üzvləri də vəsiqələr uğrunda güclərini yoxlayacaqlar.

Yarışda baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında Səyyad Dadaşov (54 kq), Xanoğlan Kərimov (63 kq), Ələsgər Əliyev (80 kq) və Həmidreza Bədriəliabadi (+87 kq) qüvvəsini sınayacaq. Turnirdə hər çəki dərəcəsinin qalibi Krakov-2023-də iştirak hüququ qazanacaq.

Bu gün Rumıniyaya yollanan Azərbaycan milli komandası aprelin 10-da Bakıya qayıdacaq.

Xatırladaq ki, Polşanın Krakov şəhərində keçiriləcək 3-cü Avropa Oyunlarında artıq 7 taekvondoçumuzun iştirakı təsdiqlənib. Reytinqə əsasən, Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) Krakov-2023-ə vəsiqə əldə ediblər.

Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-sı aralığında keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: