Bu gün Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 25-ci turunun daha bir oyunu baş tutub. Arena.az xəbər verir ki, günün yeganə oyununda “Olimpik Şəki” doğma divarlar arasında paytaxt təmsilçisi “Neftçi”ni qəbul edib.
Oyunun üçüncü dövrəsində ağırlığını ortaya qoyan “Neftçi” kollektivi qarşılaşmadan 112:78 hesablı qələbə ilə ayrılıb.
“Olimpik”in heyətində ən məhsuldar basketbolçu Davante Kuper olub – 27 xal, 9 ribaund. Qalib komandanın heyətində isə Yuri Kondrakov özündən söz etdirib – 39 xal, 9 asist.
Xatırladaq ki, turun ilk oyununda “Sabah” “Gəncə”yə 87:84 hesabı ilə qalib gəlmişdi. Turun digər oyunları (“AAAF Xırdalan” – NTD, “Sərhədçi” – “Zirvə Astara”) 10 və 11 apreldə baş tutacaq.
Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:
1. Sabah (25 oyun, 18 qələbə, 7 məğlubiyyət) – 43 xal
2. NTD (24 oyun, 18 qələbə, 6 məğlubiyyət) – 42 xal
3. Gəncə (25 oyun, 17 qələbə, 8 məğlubiyyət) – 42 xal
4. AAAF Xırdalan (24 oyun, 16 qələbə, 8 məğlubiyyət) – 40 xal
5. Sərhədçi (24 oyun, 14 qələbə, 10 məğlubiyyət) – 38 xal
6. Neftçi İK (25 oyun, 9 qələbə, 16 məğlubiyyət) – 34 xal
7. Zirvə (24 oyun, 4 qələbə, 20 məğlubiyyət) – 30 xal
8. Olimpik (25 oyun, 2 qələbə, 23 məğlubiyyət) – 27 xal


