Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 25-ci turunun daha bir oyunu baş tutub. Arena.az xəbər verir ki, günün yeganə oyununda “AAAF Xırdalan” çempionatın lideri NTD ilə qarşılaşıb.
Oyuna üstün başlayan paytaxt təmsilçisi gərgin oyunun sonunda rəqibi üzərində 102:95 hesablı qələbəyə sevinib. Nəticədə NTD yenidən çempionatın vahid liderlinə çevrilib.
“AAAF Xırdalan”ın heyətində ən məhsuldar basketbolçu Devin Pullum olub – 29 xal, 10 assist. Qalib komandanın heyətində isə Brayson Robinson fərqlənib – 34 xal, 11 ribaund.
Xatırladaq ki, turun ilk oyununda “Sabah” “Gəncə”yə 87:84 hesabı ilə qalib gəlmişdi. Ötən gün isə “Neftçi” “Olimpik Şəki” ilə səfər oyunundan 112:78 hesablı qələbə ilə ayrılmışdı. Tura sabah baş tutacaq “Sərhədçi” – “Zirvə Astara” oyunu ilə yekun vurulacaq.
Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:
1. NTD (25 oyun, 19 qələbə, 6 məğlubiyyət) – 44 xal
2. Sabah (25 oyun, 18 qələbə, 7 məğlubiyyət) – 43 xal
3. Gəncə (25 oyun, 17 qələbə, 8 məğlubiyyət) – 42 xal
4. AAAF Xırdalan (25 oyun, 16 qələbə, 9 məğlubiyyət) – 41 xal
5. Sərhədçi (24 oyun, 14 qələbə, 10 məğlubiyyət) – 38 xal
6. Neftçi İK (25 oyun, 9 qələbə, 16 məğlubiyyət) – 34 xal
7. Zirvə (24 oyun, 4 qələbə, 20 məğlubiyyət) – 30 xal
8. Olimpik (25 oyun, 2 qələbə, 23 məğlubiyyət) – 27 xal


