Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yola düşüb. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, yığmamız baş məşqçi Sin Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında İstanbulda Böyükşəhər Bələdiyyəsinin komandası ilə birgə hazırlıq keçəcək. Hazırlıqda Fəridə Əzizova, Patimat Abakarova, Minayə Əkbərova, Zemfira Həsənzadə, Məryəm Məmmədova, Səmərrux Osmanova, Paniz İsmailpur və Fatimə Məcidova iştirak edəcəklər.
Məşqlər aprelin 26-da başa çatacaq. Azərbaycan millisi ertəsi gün – aprelin 27-də isə Bolqarıstana yollanacaq. Çünki taekvondoçularımız burada klublararası Avropa çempionatında gücünü yoxlayacaqlar.
Xatırladaq ki, Sofiyada keçiriləcək yarış aprelin 30-da bitəcək.


