Çempionlar Liqasında həftənin ən yaxşısı adına 4 namizəd

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub. Arena.az xəbər verir ki, qitə futbol qurumu bu ada ənənəvi olaraq 4 namizədin adını açıqlayıb.

Siyahıda Alessandro Bastoni (“İnter, İtaliya), Con Stounz (“Mançester Siti”), Vinisius Junior (“Real”, İspaniya) və Brahim Dias (“Milan”, İtaliya) yer alıblar.

Bastoninin komandası UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə Portuqaliya “Benfika”sını 2:0 hesabıyla məğlub edib.

Con Stounz doğma meydanda Almaniya nəhəngi “Bayern” üzərindəki 3:0 hesablı qələbədə pay sahiblərindən olub.

Vinisius Junior İngiltərənin “Çelsi” komandasını 2:0 hesabıyla məğlub etdikləri görüşdə ən fəallardan biri olub.

Brahim Dias da İtaliyanın digər klubu “Napoli”ni evdə 1:0 hesabıyla üstələdikləri görüşdə 100 faizlik ötürmə dəqiqliyi ilə özündən söz etdirib.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində bəlli olacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşləri aprelin 18-də və 19-da keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: