Sabah Xorvatiyanın paytaxtı Zaqreb şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı start götürəcək. Arena.az xəbər verir ki, yarışın ilk 3 günündə sərbəst güləşçilər mübarizə aparacaq.
Bu gün güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib. Püşkatma nəticəsində Azərbaycan güləşçilərinin də rəqibləri müəyyənləşib.
Xatırladaq ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatında baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında 10 idmançı ilə mübarizə aparacaq:
Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq), Georgi Meşvildişvili (125 kq).
Xatırladaq ki, sabah 57, 65, 70, 79 və 97 kq-da görüşlər keçiriləcək. 61, 74, 86, 92 və 125 kq üzrə mübarizə isə aprelin 18-də başlayacaq.
Avropa çempionatı
57 kq
1/4 final
Əliabbas Rzazadə – Anatoli Buruian (Moldova) / Horst Ler (Almaniya)
61 kq
Təsnifat mərhələsi
İntiqam Vəlizadə – Taras Markoviç (Ukrayna)
65 kq
1/8 final
Əli Rəhimzadə – Georgios Pilidis (Yunanıstan) / İslam Dudayev (Albaniya)
70 kq
Təsnifat mərhələsi
Hacı Əliyev – Canluka Talamo (İtaliya)
74 kq
Təsnifat mərhələsi
Cəbrayıl Qadjiyev – Simon Markl (Avstriya)
79 kq
1/8 final
Səbuhi Əmiraslanov – İman Mahdavi (UWW)
86 kq
1/8 final
Abubakr Abakarov – Fatih Erdin (Türkiyə) / Ruslan Valiyev (Fransa)
92 kq
1/4 final
Osman Nurmaqomedov – Filip Finesilver (İsrail) – Recep Haydari (Şimali Makedoniya)
97 kq
1/8 final
Maqomedxan Maqomedov – Benjamin Honis (İtaliya)
125 kq
Təsnifat mərhələsi
Georgi Meşvildişvili – Gennadi Kudinoviç (Almaniya)


