Avropa çempionatı: Qadın güləşçilər üçün Zaqrebdə ilk rəqiblər

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində böyüklər arasında təşkil olunmuş güləş üzrə Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, aprelin 19-dan 21-nə qədər qadın güləşçilər mübarizə aparacaqlar.

Bu gün püşkatma mərasimi keçirilib. Mərasimdə Azərbaycan güləşçilərinin də rəqibləri müəyyənləşib. Sabah 50, 55, 59, 68 və 76 kq-da çıxış edən qadın güləşçilər mübarizəyə start verəcəklər. Qalan çəki dərəcələrində mübarizə isə aprelin 20-də baş tutacaq.

Xatırladaq ki, baş məşqçi Semyon Çterevin rəhbərliyi altında ölkəmizi 8 xanım güləşçi təmsil edəcək:

Mariya Stadnik (50 kq), Türkan Nəsirova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq), Elis Manolova (65 kq) və Nigar Mirzəzadə (68 kq).

Avropa çempionatı

50 kq
Təsnifat mərhələsi
Mariya Stadnik – Evin Demirhan (Türkiyə)

53 kq
Təsnifat mərhələsi
Türkan Nəsirova – Mariya Spirkovska (Şimali Makedoniya)

55 kq
Təsnifat mərhələsi
Elnurə Məmmədova – Laura Stanelite (Litva)

57 kq
1/4 final
Jalə Əliyeva – Anna Şel (Macarıstan) / Elena Brügger (Almaniya)

59 kq
1/4 final
Alyona Kolesnik – Yovana Radivoyeviç (Serbiya) / Morena de Vita (İtaliya)

62 kq
Təsnifat mərhələsi
Birgül Soltanova – Viktoriya Vesso (Estoniya)

65 kq
1/4 final
Elis Manolova – İrina Rinqaci (Rumıniya) / Kendra Daçer (Fransa)

72 kq
Təsnifat mərhələsi
Nigar Mirzəzadə – Lyudmila Tiçina (Ukrayna)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: