Basketbol Liqası: “Zirvə Astara”dan ardıcıl üçüncü qələbə!

Bu gün “Sərhədçi” İdman Mərkəzində keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasında 27-ci tura start verilib. Arena.az xəbər verir ki, turun ilk matçında pley-offdan kənarda qalmış “Neftçi” İK və “Zirvə Astara” komandaları üz-üzə gəliblər.

Oyunun yekununda Şəhriyar Əsgərovun rəhbərlik etdiyi Astara basketbolçuları rəqib üzərində 103:90 hesablı qələbə qazanıblar.

“Neftçi”nin heyətində ən məhsuldar basketbolçu Zaur Quşanov olub – 27 xal, 9 ribaund. Qalib komandanın heyətində isə Cerret Henderson fərqlənib – 32 xal, 8 ribaund.

Turun digər oyunları (“Sərhədçi” – “Sabah”, “Gəncə” – NTD və “Olimpik Şəki” – “AAAF Xırdalan”) 20, 22 və 23 apreldə baş tutacaq.

Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:

1. Sabah (26 oyun, 19 qələbə, 7 məğlubiyyət) – 45 xal

2. NTD (26 oyun, 19 qələbə, 7 məğlubiyyət) – 45 xal

3. Gəncə (26 oyun, 18 qələbə, 8 məğlubiyyət) – 44 xal

4. AAAF Xırdalan (26 oyun, 17 qələbə, 9 məğlubiyyət) – 43 xal

5. Sərhədçi (26 oyun, 14 qələbə, 12 məğlubiyyət) – 40 xal

6. Zirvə (27 oyun, 7 qələbə, 20 məğlubiyyət) – 36 xal

7. Neftçi İK (27 oyun, 9 qələbə, 18 məğlubiyyət) – 36 xal

8. Olimpik (26 oyun, 2 qələbə, 24 məğlubiyyət) – 28 xal

Xəbəri sosial şəbəkələrdə paylaş: