Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 31-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçı “Sumqayıt”la “Qəbələ” arasında keçirilib. Sumqayıtda baş tutan görüşün ilk hissəsi qolsuz bitib. Fasilədən sonra isə qapılara beş qol vurulub. Sumqayıtlılar doğma meydanda baş tutan bu matçın ikinci hissəsində iki ardıcıl qola seviniblər. Lakin ruhdan düşməyən “Qəbələ” buraxılan bu topların əvəzini artıqlaması ilə çıxa bilib. Qələbə qolu isə əlavə olunmuş dəqiqələrin son saniyələrində vurulub.
Xatırladaq ki, turun əvvəlki oyun günlərində “Sabah” səfərdə “Turan Tovuz”a 2:0 hesabıyla qalib gəlmişdi. “Şamaxı” – “Kəpəz” (1:1), “Qarabağ” – “Zirə” (2:2) və “Səbail” – “Neftçi” (1:1) matçlarında isə qalib müəyyənləşməmişdi.
Azərbaycan Premyer Liqası
31-ci tur
23 aprel
“Sumqayıt” – “Qəbələ” 2:3
Qol: Vüsal İsgəndərli, 58. Kərim Abubakar, 63 – Omar Hani, 74. Emil Səfərov, 78. Ramon Maçado, 90+5.
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Səbuhi Bayramov
“Sumqayıt Arena”, 18:00.
Sumqayıt: 25. İlnur Vəliyev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 5. Stiven Pereyra, 9. Kərim Abubakar, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 56. Ayxan Qocayev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 7. Terrens Tisdel, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.


