Cavid Qurbanov Sofiyada Dobromir Karamarinov ilə görüşdü

Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Bolqarıstanın paytaxtı Sofiya şəhərinə rəsmi səfərə yollanıb. Arena.az xəbər verir ki, federasiya rəhbəri Sofiyada Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov ilə görüşüb.

Toplantıda tərəflər arasındakı əməkdaşlıq məsələləri və gələcək planlar müzakirə olunub. Azərbaycan Atletika Federasiyasının etibarlı tərəfdaş olduğunu bildirən Dobromir Karamarinov bu əməkdaşlığın beynəlxalq qurum üçün böyük önəm kəsb etdiyini diqqətə çatdırıb.

Görüşdə Cavid Qurbanov ilə yanaşı, Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə də iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: