“Barselona”dan “Arsenal”a Ansu Fati ilə bağlı xüsusi təklif

İspaniyanın “Barselona” klubu London “Arsenal”ına öz hücumçusu Ansu Fati ilə müqavilə imzalamağı təklif edib.

Arena.az AS portalına istinadən xəbər verir ki, bir müddət əvvəl futbolçunun atası Bori Fati oğlunun “Barselona”da qalacağını elan etmişdi.

Ansu Fati bir neçə ildir ki, ən perspektivli hücumçulardan hesab edilirdi. Ancaq mövsümün gedişində Bori Fatinin klubla heç də yaxşı münasibətdə olmadığını təsdiqləyən məqamlar müşahidə edilib. Atası buna qədər Ansu Fatinin “Barselona”dan getməyini oğlu üçün ən yaxşı variant olmasına əmin edirmiş.

2021-ci ildə Messinin “Barselona”nı tərk etməsi ilə Fati “10 nömrə”ni əyninə geyinib. Ancaq çoxsaylı zədələr səbəbilə karyerasının əvvəliində göstərdiyi oyun səviyyəsinə qalxa bilməyib.

Cari mövsümdə Ansu Kataloniya təmsilçisində 49 oyunda 7 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib. Onun klubu ilə 2027-ci ilin yayına kimi müqaviləsi var.

Xəbəri sosial şəbəkələrdə paylaş: