“Mançester Yunayted” Pavarı özünün mərkəz müdafiəçisi görür

İngiltərənin “Mançester Yunayted” klubu Almaniya çempionu “Bayern”in müdafiəçisi Benjamen Pavarı heyətinə qatmaqda maraqlıdır.

Arena.az “Goal” portalına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Pavarın müdafiənin sağ cinahına meyl etməsinə rəğmən, fransız futbolçunu özünün mərkəz müdafiəçisi qismində görür.

Mənbənin məlumatına görə, “Mançester Yunayted” Pavarı çoxdan izləyir. Mankunianlar əmindirlər ki, 27 yaşlı müdafiəçinin keçidi üçün münhenlilərlə razılığa gələ biləcəklər.

Pavarın özü “qırmızı şeytanlar”ın heyətində oynamaq üçün mövqeyini mərkəz müdafiəçisinə dəyişməyə hazırdır.

Cari mövsümdə Pavar “Bayern”in heyətində 43 oyuna çıxaraq 7 qol və 1 məhsuldar ötürmə ilə komandasına Bundesliqanı qazanmaqda yardımçı olub.

Fransız müdafiəçinin alman klubu ilə müqaviləsi 2024-cü ilin 30 iyununda bitəcək. “Transfermarkt” futbolçunu 35 milyon avro məbləğində qiymətləndirir.

Bir müddət əvvəl Pavarın “Bayern”i tərk etmək istəyi haqda məlumat yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: