Neymar: “Messinin Mayamiyə köçəcəyini bilirdim”

PSJ-nin braziliyalı hücumçusu Neymar keçmiş komanda yoldaşı, argentinalı hücumçu Lionel Messinin “İnter Mayami”yə keçidi ilə bağlı danışıb.

Arena.az xəbər verir ki, Neymar Messinin Mayamiyə yollanacağı haqda qabaqcadan məlumatlı olduğunu etiraf edib:

“Messinin “İnter Mayami”yə keçidi? Mən bu barədə artıq bilirdim. Messi mənim ən yaxşı dostlarımdan biridir, futbolun mənə bəxş etdiyi hədiyyədir. Mənə onunla görüşmək, bir yerdə oynamaq səadəti qismət oldu, sonra isə dostlaşdıq. Artıq onun Mayamiyə köçəcəyini bilirdim, biz bunu müzakirə etdik. Mayamidə şəhərə, həyat tərzinə görə çox xoşbəxt olacağını ona dedim. Əminəm ki, Leo liqaya dəyişiklik gətirəcək. Düşünürəm ki, MLS daha da məşhurlaşacaq. Bu səbəbdən də, məncə, hər kəs onun oyunundan həzz almalı və onu izləməlidir, çünki təəssüf, heç nə əbədi deyil… Və açıq-aşkar, onun Parisi tərk etməsini görmək heç də xoş deyildi”.

Xatırladaq ki, PSJ-dən azad agent qismində ayrılmış Lionel Messi MLS-də çıxış edən “İnter Mayami”yə keçib. Neymarın özü isə PSJ tərəfindən transferə çıxarılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: