Lautaro Martines: “Azarkeşlər komandamızla fəxr etməlidirlər”

“İnter”in hücumçusu Lautaro Martines Çempionlar Liqasının finalında “Mançester Siti”yə məğlubiyyətdən (0:1) sonra fikirlərini paylaşıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, argentinalı futbolçu həlledici oyundakı məğlubuyyəti belə şərh edib:

“Biz Çempionlar Liqasının finalına çətin qrup mərhələsini keçdikdən sonra çıxdıq. Sonra “Portu”, “Benfika” və “Milan”ı mübarizədən kənarlaşdırdıq. Bu gün “Mançester Siti” ilə – ən güclü komanda ilə mübarizə apardıq. Biz daha çoxuna layiq idik.

Belə oyunlarda hər şeyi təfərrüat həll edir və yəqin ki, qalib gəlməyimiz üçün nə isə kifayət etmədi. Ancaq mən çıxışımızla çox fəxr edirəm. Biz məyusuq, ancaq azarkeşlər bizim komandamızla fəxr etməlidirlər”.

Lautaro Martines 2022/2023 Çempionlar Liqası mövsümündə 13 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Xatırladaq ki, “Mançester Siti” Çempionlar Liqasının finalı çərçivəsində keçirilmiş oyunda İstanbulun “Atatürk Olimpiya Stadionu”nda “İnter” üzərində minimal hesablı qələbə qazanaraq (1:0) “trebl”ini rəsmiləşdirib: “şəhərlilər” mövsümü Premyer Liqanı, İngiltərə Federasiya Kubokunu və Çempionlar Liqasını qazanmaqla başa vurublar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: