U-17: Azərbaycan millisinin Tiranaya gedəcək heyəti açıqlandı

Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında iştirak edəcək sərbəst güləş üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu gün qitə birinciliyində iştirak edəcək yığmamızın üzvləriylə görüş keçirilib.

Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev və baş katib Nəsimi Musayev güləşçilərə uğur arzulamaqla yanaşı, idman prinsiplərinə riayət etmələrini tapşırıblar. Böyük məşqçi Əsgərxan Novruzov Avropa çempionatına yüksək səviyyədə hazırlaşdıqlarını bildirib. O, vətənə uğurlu nəticəylə dönəcəklərinə inandıqlarını dilə gətirib.

Məsul yarışda ölkəmizi Cəfər Cəfərov (45 kq), Bəşir Verdiyev (48 kq), Seyhun Əlizadə (51 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq), Mirzəağa Axundov (65 kq), İsmayıl Rəhimli (71 kq), Şeyxəli Babazadə (80 kq), Səid Paşayev (92 kq) və Yusif Dursunov (110 kq) təmsil edəcək.

Xatırladaq ki, Avropa çempionatında sərbəst güləş yarışları iyunun 16-dan 18-nə qədər keçiriləcək. Bu qitə birinciliyində iştirak edən yunan-Roma və qadın güləşi üzrə Azərbacan millisinin heyəti daha öncə açıqlanmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: