Çempionlar Liqasında 2023/2024 mövsümünün ilk püşkü atıldı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün ilk püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə ilkin mərhələnin püşkü atılıb.

Xatırladaq ki, bu mərhələdə yenə dörd ölkənin çempionu mübarizə aparacaq. Püşkatma nəticəsində yarımfinal cütləri müəyyənləşib.

Andorranın “Atletik” (Ekaldes) klubu Monteneqronun “Buduçnost” kollektivinə rəqib olub. San Marinonun “Tre Penne” komandası isə İslandiya təmsilçisi “Breydablik”lə üz-üzə gələcək.

Bu raundun görüşləri iyunun 27-də keçiriləcək. Final qarşılaşması isə iyunun 30-da olacaq. Qalib komanda 1-ci təsnifat mərhələsinə yüksələcək. Yeri gəlmişkən, ilkin mərhələnin qalibi burada Azərbaycan çempionu “Qarabağ”a rəqib ola bilər.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü oyunun 20-də atılacaq. Bu mərhələnin püşkatması zamanı “səpələnmişlər” səbətində yer alacaq komandamızın potensial rəqiblərinin siyahısı da məlumdur. Azərbaycan çempionunun rəqibi “səpələnməmişlər” səbətində yer alan komandalardan biri olacaq. Əvvəlki illərdə olduğu kimi, püşkatmada Ermənistan və Azərbaycan çempionları bir-biri ilə düşə bilməyəcək.

ÇL-də 1-ci təsnifat mərhələsinin oyunları isə 11/12 iyul və 18/19 iyulda keçiriləcək. “Qarabağ” bu mərhələni keçəcəyi halda – 2-ci mərhələdə də “səpələnmişlər” səbətində yer alacaq.

UEFA Çempionlar Liqası

İlkin mərhələ

“Atletik” (Andorra) – “Buduçnost” (Monteneqro
“Tre Penne” (San-Marino) – “Breydablik” (İslandiya)

Birinci təsnifat mərhələsi

Səpələnmişlər:
“Ferentsvaroş” (Macarıstan)
“Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya)
“Şerif” (Moldova)
BATE (Belarus)
“Astana” (Qazaxıstan)
“Makkabi” (Hayfa, İsrail)
“Jalgiris” (Litva)
HJK (Finlandiya)
“Flora” (Estoniya)
“Şemrok Rovers” (İrlandiya)
TNS (Uels)
“Olimpiya” (Sloveniya)
“Zrinski” (Bosniya və Herseqovina)

Səpələnməmişlər:
“Linkoln” (Cəbəllütariq)
“Klaksvik” (Farer adaları)
İlkin mərhələnin qalibi
“Dinamo” (Tiflis, Gürcüstan)
“Rakuv” (Polşa)
“Partizani” (Albaniya)
“Aris” (Limassol, Kipr)
“Hakken” (İsveç)
“Farul” (Rumıniya)
“Valmiera” (Latviya)
“Balkani” (Kosovo)
“Larne” (Şimali İrlandiya)
Ermənistan çempionu
“Hamrun” (Malta)
“Svift” (Lüksemburq)
“Struqa” (Şimali Makedoniya)

Xəbəri sosial şəbəkələrdə paylaş: